27 Noyabr 2019 12:26
219

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında “Nəsimi ili” ilə bağlı dahi şairə həsr olunmuş “Nəsimi gənc rəssamların gözü ilə” adlı sərginin açılışı mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, vaxtilə ümumilli lider Heydər Əliyev tərəfindən incəsənətə göstərilən diqqət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir:

“Bilirsiniz ki, Azərbaycan Prezidenti tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı fərman imzalanıb.
Həmçinin, bu il Nəsiminin 650 illik yubileyi qeyd olunur. Bu çərçivədə ölkəmizdə çoxsaylı tədbirlər keçirilir. Xüsusilə qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının sədr müavini, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük diqqət və qayğı göstərilir. Azərbaycanın bütün rəssamları ilə işlər aparılır,onların sərgiləri təşkil olunur, əsərləri bütün dünyaya tanıdılır. Müxtəlif ölkələrdə Azərbaycan günləri keçirilir. Azərbaycanın mədəniyət nümunələrinin UNESO-nun Dünya İrs Siyahısına daxil edilməsi ölkəmizin dünya ölkələri arasında apardığı mədəniyyətlərarası dialoqun bariz nümunəsidir”.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov sərgini "Nəsimi ili" çərçivəsində keçirilən önəmli tədbirlərdən biri adlandırıb. O qeyd edib ki, rəssamlar bu əsərləri Nəsimi yaradacılığını duyaraq, onu dərindən mənimsəyərək ərsəyə gətiriblər. O, Azərbaycan rəssamlarının və heykəltəraşlarının keçmiş sovet məkanında və hətta dünyada ən istedadlı rəssam və heykəltəraşlardan olduqlarını vurğulayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Nəsimi yaradıcılığının öyrənilməsinin ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə böyük şairin anadan olmasının 600 illlik yubileyi təntənəli şəkildə qeyd olunub:

“Nəsiminin adının əbədiləşdiirlməsi, Nəsimi ilə bağlı filmin çəkilməsi də həmin dövrə təsadüf edir. Bilirsiniz ki, bu il Azərbaycanda “Nəsimi ili”dir. İl ərzində bu istiqamətdə çoxsaylı tədbirlər keçirilib. Bu tədbir də həmin silsilədən olan bir tədbirdir. Bundan sonar da bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub”.

Daha sonra əsərləri sərglənən rəssamlar təltif ediliblər.


Müəllif: Səxavət