8 Fevral 2020 09:27
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılması başa çatıb.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Seçkiqabağı təşviqatın aparılması 17 yanvar saat 00:00-dan 8 fevral saat 08:00-dək davam edib. Bu dəqiqədən etibarən təşviqat aparmaq qadağandır.

Bu günü qeyri-rəsmi olaraq "sükut günü" də adlandırırlar.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər