11 Fevral 2020 08:09
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olmuş Zərxanım Ağayevanın təşkilatçılığı ilə “Sahibkarlıq və Liderlik Forumu” adlı layihənin icrası çərçivəsində 8 Fevral 2020-ci il tarixində forum keçirilib!

Forumda çıxış edən Zərxanım Ağayeva bildirdi ki, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzindədir: “Dövlətimizin başçısı, cənab prezident İlham Əliyev daim sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara hökumət tərəfindən dəstəyin göstərilməsinin vacibliyini vurğulayır.

Cənab Prezidentin xüsusi ilə diqqətdə saxladığı məsələlərdən biri də gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsidir. Məhz bu səbəbdən Respublika Gənclər Fondunun elan etdiyi qrant müsabiqəsinə Sahibkarlıq və Liderlik mövzusunda layihə təqdim etdim. Layihəm seçim mərhələsindən uğurla keçdi.

Sahibkarlıq və Liderlik Forumuna 700-dən çox gənc iştirakçı qismində seçilmək üçün müraciət etmişdi, lakin onlar arasından cəmi 100 nəfər ən iddialı gənc iştirak hüququ qazandı. Bu gənclər öz uğurlu biznesini qurmuş gənc sahibkarların və dövlət rəsmilərinin çıxışlarını dinləyərək onların faydalı məsləhətlərindən yararlandılar.

Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm və düşünürəm ki, gələcəkdə də bu tipli layihələrin keçirilməsi gənclərin inkişafında böyük rol oynayacaqdır.”

Forumda sabiq millət vəkili Sona Əliyeva “Gələcəyin liderləri” , “Unimetal & Prometal” şirkətlər qrupunun İcraçı direktoru, “Engineering For Kids Azerbaijan” şirkətinin qurucusu, PhD, CSci, MBA Rüfət Əzizov “Əzmkarlıq strategiyası”, “Global Assistant LTD” şirkətinin icraçı direktoru, “GA trade and consulting LTD”-nin qurucusu Vüsal Qurbanov “Tələbəlikdən sahibkarlığa”, “Panda School” Uşaq Inkişaf mərkəzlərinin, “Phi Gallery və Dadashsoy Business School” şirkətinin qurucusu Elvin Dadaşsoy “Komanda seçimi və idarə olunması”, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi daxilində “Aqrar Tədarük və Təchizat” ASC-nin sədri Leyla Məmmədova “İdarəetmədə müxtəlif kombinasiya və yeni yanaşmaların istifadə edilməsi” adli mövzularda çıxışlar ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər