Türkiyənin Van vilayətində yaşayan Abdullah Əsli adlı şəxs pula ehtiyacı olduğu üçün tövləsindəki 16 qoyundan birini satmaq üçün bazara aparıb.
Teleqraf.com xəbər verir ki, 8 uşaq atası qoyunu ilk alıcıya 243 manata (900 TL) satıb. Lakin qoyun sahibindən ayrılmadıqda Abdullah onu satmaqdan imtina edib.
Heyvandarlıqla məşğul olan Abdullah Aslı yanından getməyən qoyunu ilə rayon mərkəzini gəzməyə başlayıb. Əvvəlcə ehtiyacı olanları almaq üçün xırdavatçıya, daha sonra isə çayxanaya gedib. Çayxanada təəccüb içərisində qarşılanan adamın qoyununa qənd veriblər.
Abdullah evə qayıdanda yanından getməyən qoyununa “Sadiq” adını verib və onu satmaq niyyətində olmadığını bildirib:
“Maraqlı bir vəziyyətlə qarşılaşdım. Razılaşdıqdan sonra yanımdan getmədi, mən də satışdan imtina etdim. Qoyunum yaşadıqca onun qayğısına qalmağa davam edəcəm”.