"Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir".
Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.
O, bildirib ki, eyni zamanda vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir: "Hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur".