26 Fevral 2020 13:47
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan Nəcməddin Savalanovun doğum günüdür.

Teleqraf.com-un məlumatına görə, Nəcməddin Akif oğlu Savalanov 1985-ci ildə fevralın 26-da İmişli rayonunun Göbəktala kəndində dünyaya gəlib. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamladıqdan sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı “Taktiki mühəndis qoşunları komandiri” ixtisası üzrə bitirib, leytenant rütbəsi alaraq N saylı hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb.

Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası alıb. Mayın 8-i Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

Nəcməddin Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Nəcməddin Savalanov ailəli idi, iki qız və bir oğlan övladı yadigar qalıb.

2017-ci ildə qəhrəman şəhidimiz haqqında “Şəhidliyə aparan yol” adlı film çəkilib.


Müəllif: Teleqraf.com