Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Bu barədə Teleqraf.com-a qurumdan bildirilir.
Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının (055) 499 61 11 nömrəli "qaynar xətt"i fəaliyyətə başlayıb.