5 Mart 2020 17:24
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Tovuz rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4 milyon manat ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər