26 Sentyabr 2014 20:03
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir jurnalist özünə toy çaldırmağa hazırlaşır. Bu dəfə ANS-in idman xəbərlərinin aparıcısı Xəyal Azəroğlu subaylığın daşını atacaq.

Aparıcının toy dəvətnaməsi orjinallığı ilə fərqlənir. Belə ki, jurnalistin toy dəvətnaməsi belə mətbu orqan olan qəzeti xatırladır.

Xəyal Azəroğlu ANS PRESS-ə açıqlamasında qeyri-adi dəvətnamənin ideyasının özünəməxsus olduğunu deyib.

“Mən özüm də jurnalist olduğum üçün dəvətnamənin jurnalistika ilə əlaqəli olmasını istədim. Bu ideyanı dostum dizayner Röyal Paşayevə dedim. O da mənə kömək etdi. Dəvətnamənin başlığını ANS televiziyasında yayımlanan “Xəbərçi”nin adından götürmüşəm”.


Müəllif:

Oxşar xəbərlər