21 Mart 2020 19:58
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanı cənginə almağa başlayan yeni tip koronavirusla (Kovuid-19) bağlı dünya gənclərinə çağırış edib.

Teleqraf.com xəbər verir ki, ÜST-ün direktoru Tedros Adxanom Gebreyesus məsələ ilə əlaqədar İsveçrənin Cenevrə şəhərində internet üzərindən toplantı keçirib.

Gebreyesus bildirib ki, gənclər xəstəlikdən əlamətlərini göstərmədən sağala bilirlər, amma bu hal digər insanların yoluxmasına yol açır:

“Siz də məğlubedilməz deyilsiniz, bu virus həftələrlə xəstəxanalarda yatmağınıza yol aça, hətta sizi öldürə bilər. Xəstələnməsəniz belə, gedəcəyiniz yerlə bağlı seçimləriniz başqa birinin həyatı və ölümü arasında fərq yarada bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər