29 Sentyabr 2014 15:06
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Açıq qapı" günü çərçivəsində qonaqlar Azərbaycan Xalça Muzeyinin yeni binasının resursları, imkan və potensialı ilə yaxından tanış olublar.

Muzeydə təşkil olunan və gecəyədək davam edən birgünlük pulsuz giriş imkanı iştirakçılara xoş anlar bəxş edib.

Teleqraf.com xəbər verir ki, tədbirdə qonaqlar üçün "Dəyişən zamanda dəyişməyən dəyərlər" mövzusunda xalça toxuma üzrə ustad dərsləri, Ləmən Yusifqızı və Mehriban Şəmşədinskayanın rəsm əsərlərinin sərgisi, qısametrajlı filmlərin nümayişi, caz-vokalçı Aysel Məmmədovanın çıxışı və digər bədii-əyləncəli proqramlar təşkil olunub.

Eyni zamanda, gün ərzində muzeydə uşaq və ailələr üçün nəzərdə tutulmuş maraqlı proqramlar da tamaşaçıların diqqətindən yayınmayıb. Bunların sırasında "Kilim arası", "Axtaran tapar" və digər oyunlar maraq doğurub. "Axtaran tapar" oyununda uşaqlar valideynlərinin köməyi ilə rəsmlərdə olan xalça elementlərini xalçalarda tapıblar.

"Naxışlar aləminə səyahətdə" proqramında isə balacalar müxtəlif rəngli xalça süjetlərini rəngləyiblər. Bütün tədbir boyu qonaqlar canlı xalq və estrada musiqisini dinləyib, "Yallı", "Qaval" milli rəqslərini izləyiblər.

İlhamə


Müəllif:

Oxşar xəbərlər