Koronavirusla mübarizə fonduna bu günə qədər 163 milyon manat yığılıb.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"Növbəti həftə fondun vəsaitlərinin xərclənməsinə nəzarət edən ictimai nəzarət şurası işə başlayacaq. Şuranın iclasından sonra ictimaiyyətə tam məlumat veriləcək. Bu vəsait şəffaf şəkildə xərclənəcək və hesab qeyd olunacaq"