FHN-in Sumqayıt Regional Mərkəzi Xızı rayonu Tıxlı kənd orta məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Teleqraf.com xəbər verir ki, Xızı rayon Təhsil Şöbəsi ilə birlikdə təhsil ocaqlarında keçirilən maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə Sumqayıt Regional Mərkəzin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Xızı rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirin nəzəri hissəsində “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar edilib.
Sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş etdirilib.
Tədbirin praktiki hissəsində məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzinin və Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikalarına baxış keçirilib, onların təyinatı və istifadəsi qaydaları haqqında məlumat verilib.
İlhamə