7 May 2020 19:24
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda korrupsiya və rüşvətə qarşı hakimiyyət tərəfindən aparılan işləri ancaq dəstəkləmək olar. Amma 80 icra başçısından 8-ni tutmaqla problemi həll etmək çətin olar. Məncə, səbəbləri axtarmalı, elə etməliyik ki, rüşvət verən tapılmasın, rüşvət alanın da buna ehtiyacı olmasın.

Bu fikirləri Teleqraf.com-a sabiq Təhsil naziri Firudin Cəlilov son günlər korrupsiyaya qarşı aparılan mübarizə haqqında danışarkən deyib.

Professor əlavə edib ki, normalda icra başçıları televizora baxır, qəzet oxuyur və pezidentin verdiyi fərman və sərəncamlardan xəbərdar olurlar:

“İcra başçılarının kiminsə, hansısa məmurun həbs edildiyi haqda da məlumatları olur. Amma baxırsan ki, Ağstafanın icra başçısının saxlanıldığından xəbəri olduğu halda Biləsuvarın icra başçısı qanunsuz fəaliyyətini təkrar edir. Və videoya baxanda görünür ki, bütün saxlanlan məmurların dəsti-xətti eynidir. Deməli, bu adamlar xəstədirlər. Xəstəliyin kökünü axtarmaq lazımdır. Fikrimcə, sistem dəyiməlidir və bunun üçün çalışılır. Məncə, sistemin dəyişilməsinin yolu var. Beynəlxalq təcrübə, praktika var. Yəni velosiped icad etməli deyilik. Qabaqcıl ölkələrin sistemini gətirmək lazımdır. Ancaq bu, birdən-birə olmur”.

Sabiq nazir qeyd edib ki, keçmiş SSRİ ölkələri guya sosialist ideologiyasından ayrılaraq sağçılığa, kapitalizmə keçiblər: “Əslində bu, belə deyil. Bir ayaq keçmişdə, bir ayaq gələcəkdədir. Odur ki, bu ölkələrdə köhnə kadrlarla dəyişiklik etmək mümkün olmur. Bu mənada kadr seçimində həddən artıq diqqətli olmaq lazımdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər