14 May 2020 10:15
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatıın baş katibi Antonio Quterreş koronavirusun təkcə fiziki sağlamlığa deyil, həm də insanlara psixoloji cəhətdən mənfi təsir göstərdiyini deyib. Baş katib ölkələri epidemiya ilə mübarizdə zehni sağlamlıq xidmətlərini gücləndirməyə və onu maliyyələşdirməyə səsləyib.

Teleqraf.com xəbər verir ki, video mesajında ​​baş katib yaxınlarını və iş yerlərini itirməyin, karantin rejimi səbəbilə hərəkət məhdudiyyətinin və gələcəklə bağlı narahatlıqların psixi sağlamlığa təsir göstərə biləcəyini bildirib.

COVID-19 stressinin xüsusilə tibb işçilərinə, yaşlılara, sağlamlıq problemləri olanlara, böhran və müharibə bölgələrində yaşayanlara daha çox təsir etdiyini bildirən Quterreş ağrı, narahatlıq və depressiyanın, infeksiyanın idarə olunmasına baxmayaraq insanlara təsirinin davam edəcəyini deyib.

"Epidemiya ilə mübarizədə əqli sağlamlıq xidmətlərinin artırılması və maliyyələşdirilməsi" mövzusunda çağırış edən başş katib psixi sağlamlıq xidmətlərinə daha çox investisiya qoymağın və ekoloji sağlamlıq sığortası sahəsinə daxil olmağın vacibliyini vurğulayıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər