Aprelin 13-dən bu günə qədər 1011 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqinə deyib:
"Virusa yoluxma sürəti 21-31 may tarixlərində yüksək olub. Lakin 5-15 apreldə yoluxmalar minimuma enib, aktiv yoluxma halları azalıb.
Lakin may ayında məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar olaraq yoluxmalar artıb".
Ramin Bayramlının sözlərinə görə, bu günədək 143 rəqəmi ilə koronavirusla yoluxmada pik hədd qeydə alınıb:
"Düşündüyümüz ikinci dalğada yoluxma təhlükəsi özünü göstərir. Həftələr üzrə göstəricilər bizə rahatlaşmamağı və arxayınlaşmamağı təlqin dir. Bakı şəhərində 47,3 faiz yoluxma faktı qeydə alınıb. Ümumi yoluxmaların 7,1 faizini xaricdən vətəndaşlar təşkil edir".
O əlavə edib ki, yaxın müddətdə aparılan testlərdə müsbət nəticələr əldə olunub: "Ölkəmizdə müvafiq dövr ərzində testlərin sayı 30 dəfə artırılıb. Yoluxmalarda 50-59 yaş arasında olanlar üstünlük təşkil edir. Eyni zamanda 0-9 yaş arasında yoluxmalar da qeydə alınıb.
Son dövr ərzində qadınlarda 57 faiz, kişilər 43 faiz yoluxma olub. 60-69 yaş arasında ölüm halları daha çoxdur".