6 İyun 2020 11:30
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional Qrupundan Teleqraf.com-a verilən xəbərə görə, şəhərin Nizami rayonu ərazisində aşkarlanan sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.

İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həftəsonu qadağaları olan şəhərlər siyahısında Gəncə də var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər