12 İyun 2020 19:22
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayılan məlumata görə, həftəsonu sərt karantin rejimi tətbiq olunan bəzi şəhərlərə yaxın olan rayonlarda polislər sakinlərin hərəkətinə icazə vermirlər. Belə hal Lerik rayonunda müşahidə olunub. Lənkəran şəhərində sərt karantin rejimi tətbiq olunmasına baxmayaraq, polislər Lerik sakinlərinə hərəkət zamanı mane yaradaraq, qaydalarının buraya da aid olduğunu bildiriblər.

Məsələ ilə bağlı Teleqraf.com-un sualını cavablandıran Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, tətbiq olunan qaydalar məhz sözügedən şəhər, yaxud da rayona aiddir: "Şəhərin inzibati ərazisi haradırsa, qaydalar məhz oraya aiddir. Əgər belə bir hal varsa, sakinlər Daxili İşlər Nazirliyinə müraciət etsinlər.

Ola bilər ki, həmin şəxsə tibbi maskadan istifadə etmədiyi üçün irad bildirilib. Amma vətəndaş onu bir başqa istiqamətdə başa düşüb.

Əgər qanuna zidd hallarla qarşılaşanlar varsa, 102 və 902 xidmətlərinə müraciət edərək, iradlarını bildirə bilərlər. Hər bir müraciət fərdi qaydada araşdırılır və müvafiq tədbir görülüb, vətəndaşa cavab verilir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər