14 İyun 2020 15:23
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 14-də Gəncə şəhər sakini Aqil Əfəndiyev Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi xidmətinə zəng edərək bacısının koronavirus infeksiyasından dünyasını dəyişdiyini və tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar çarəsiz olduğunu bildirib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, müraciətlə bağlı dərhal polis əməkdaşları xüsusi geyimlərdə Məhkəmə Tibbi Ekpertizası və Patalogiya Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gələrək mərhumun cənazəsini xüsusi avtomobillə qəbiristanlığa aparıb.

Karantin rejiminin qaydaları gözlənilməklə qadın İslami qaydalara uyğun dəfn edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər