7 Oktyabr 2014 14:53
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a bildiriblər ki, oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq, gündüz dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində oktyabrın 8-də yağış yağacağı, bəzi yerlərdə, xüsusilə şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Dağlarda sulu qar və qar yağacaq.

Aran rayonlarında havanın temperaturunun gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Dağlarda havanın temperaturu gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.


Müəllif: