8 Oktyabr 2014 12:02
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hazırda TK05-də təhlükəsizlik üzrə daha 2 identik milli standartın layihəsini hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu ISO/IEC 27032-2012 (Information technology – Security techniques – Guidelines for cybersecurity), ISO/IEC 27035-2011 (Information technology – Security techniques – İnformation security incident management) standartlarının layihələridir.

Hazırda qeyd edilən standart layihələri aidiyyəti qurumlarla razılaşdırılır. Müsbət rəylər alındıqdan sonra onların təsdiqlənməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu günlərdə TK05 tərəfindən hazırlanmış 2 standart üzrə - ISO/IEC 27007:2011, ISO/IEC TR 27008:2011 aidiyyəti qurumlardan, (Elektron Təhlükəsizlik Mərkəzindən, Milli Təhlükəsizlik Nazirliyindən, İnformasiya Texnologiyaları İnstitutundan, Azərbaycan Texniki Universitetindən) müsbət rəylər alınıb qeydiyyata alınması üçün SMPDK-ya təqdim olunacaq.

Ümumilikdə TK05-də bu günədək hazırlanmış 35 milli standart SMPDK tərəfindən dövlət qeydiyyatına alınıb. Onlardan 11-i terminoloji standart, 14-ü informasiya təhlükəsizliyi üzrə standartları, 3-ü biometrik standart, 5-i rəqəmli TV standartı, 2-i klaviatura düzümüdür.

İlhamə


Müəllif:

Oxşar xəbərlər