Mədəniyyət və Turizm Nazirliyi Xətai Sənət Mərkəzi ilə birlikdə təsviri sənətdə sulu boya janrının inkişafı, ölkəmizdə və onun hüdudlarından kənarda təbliği məqsədilə “Azərbaycan – Vətənim mənim” devizi altında sulu boya rəsm festivalını keçirir və müsabiqə elan edir.
Xətai Sənət Mərkəzindən Teleqraf.com-a bildirilib ki, müsabiqənin şərtlərinə əsasən ilk üç yerin qalibinə diplom və pul mükafatı təqdim olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini oktyabrın 18-dək Xətai Sənət Mərkəzinə təqdim edə bilərlər. Seçilmiş əsərlər Bakı, Naxçıvan və Gəncədə sərgilənəcək.