9 İyul 2020 16:07
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Gömrük Hospitalında müalicə alan Cavid Paşayevin səhhəti ilə bağlı məlumat verilib.

Mərkəzi Gömrük Hospitalının mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, son günlər Cavid Paşayevin səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif şayiələr yayılır.

"Koronavirusa yoluxmuş ATU-nun Tədris Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müalicəsi 8 iyul tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiyası şöbəsində davam etdirilir.

Cavid Paşayevin vəziyyətində son günlər mənfi dinamika qeyd olunduğundan o, ATU-nun rektoru Gəray Gəraybəyli ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov arasında aparılan danışıqlar əsasında ATU-nun Tədris Cərrahiyyə Klinikasından Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə transfer edilib.

Hazırda Cavid Paşayevin ümumi vəziyyəti stabil ağır olaraq qalır. Tənəffüsü CPAP rejimində süni ventilyasiya aparatı vasitəsi ilə təmin olunur. Saturasiya - 90%. Ağciyərlərin 50-70% iki tərəfli viruslu pnevmoniya nəticəsində zədələnməsini nəzərə alaraq intubasiya olunması ehtimalı var. Bu gündən etibarən favipiravir preparatı ilə spesifik antiviral müalicə kursuna başlanılıb", - məlumatda bildirilir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər