Hazırda kadr çatışmazlığı yoxdur. Xaricdən həkim gətirmək dövlətin təşəbbüsü ilə baş verib.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva ÜST-ün missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib.
"Koronavirusla mübarizədə hər bir ölkənin öz məktəbi var, fərqli yanaşmalar mövcuddur. Bu gün biz fərqli kolleqalarla nələri necə etməyi məsləhətləşir, düzgün seçim etməyə çalışırıq. Hazırda dəqiq proqnoz vermək mümkün deyil.
Bu virusun özünü necə aparacağı, nə baş verəcəyini demək olmur. Biz hazırlıqlı olmağa çalışırıq. Ola bilər ki, yenə xaricdən əlavə kadr dəvət edək", - deyə Firəngiz Əliyeva bildirib.