15 Avqust 2020 09:57
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına əməl etməyən satış obyektləri aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun S.S.Axundov küçəsində “Rahat”, “Araz”, A.Kunanbayev küçəsində “Tayqa”, “Ruslan” və adsız digər marketlərinin icarədarları və tibbi maskalardan istifadə etməyən xidmət personalı inzibati məsuliyyətə cəlb olunub.

Ümumilikdə 8 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, cərimə olunublar.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Vurğulanıb ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməlidir.

Rayon ərazisində nəzarət-profilaktik tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər