6 Oktyabr 2020 09:36
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğalçı Ermənistanın hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycanın hər bir vətəndaşı, qurumu yekdilliklə silahlı qüvvələrimizin haqq işinə öz dəstəyini nümayiş etdirir.

Qeyd edək ki, Mərkəzin hərbi təlimlərə cəlb olunan əməkdaşları da müharibənin ilk günlərindən etibarən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə könüllü iştirak etmək üçün ordu sıralarına qoşulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər