28 Oktyabr 2020 16:40
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Referans Pharmaceuticals" şirkəti 2 həftə ərzində hərbçilərimizə dəstək məqsədilə Türkiyədən 9 min ədəd xüsusi termal geyimlər gətirib.

Bunu "Referans Pharmaceuticals" şirkətinin maliyyə direktoru Zümrüd Hacıyeva deyib.

Onun sözlərinə görə, bundan əlavə, ayrı-ayrılıqda iç geyimləri, corablar, əlcəklər gətirilib: "Şirkətin işçi heyəti olaraq biz bu geyimləri bir-bir dəstləşdirmişik. Hətta övladı olan əməkdaşlarımızın uşaqları ürək sözlərini yazaraq bu dəstlərin içərisinə yerləşdirib. İnanırıq ki, onlar bu əlyazmaları oxuyanda bir istilik, doğmalıq hiss edəcəklər".

Z.Hacıyeva bildirib ki, bu geyim dəstlərindən əlavə olaraq həkimlər üçün 10 min ədəd cərrahi xalatlar, yaralıları daşımaq üçün xərəklər gətirilib:

"Biz mütəmadi olaraq ehtiyacları araşdırırq, nəyə tələbat varsa, ləvazimatları, dərmanları, geyimləri onlara göndəririk. Nəyə ehtiyac olarsa, göndərməyə, yardım etməyə hazırıq!

Prezidentimizin, Ordumuzun, dövlətimizin yanındayıq. Bu yardımları hazırlayarkən də çox böyük qürur hissi keçirirdik ki, biz cəbhə üçün, ordumuz üçün nəsə elədik".


Müəllif: Mənbə/Trend