30 Oktyabr 2020 19:23
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Fuat Oktay telefon zənginə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər