“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 1-2 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Teleqraf.com-a məlumat verilib.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
"ZAQATALA-BROYLER" MMC |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 |
İsmayilov Arif Oruc oğlu |
Qablaşdırma |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
3 |
Hüseynov Emin Haciağa oğlu |
Pərakəndə satış |
Sahibkar fəaliyyətini dayandırmışdır. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.