Cari ilin 22-24 fevral tarixlərində Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə “Kibercinayətlər və elektron dəlillər sahəsində əməkdaşlıq” mövzusunda onlayn təlim keçirilmişdir. Tədbirdə prokurorluq, polis, ədliyyə orqanları və digər qurumların nümayəndələri iştirak ediblər.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Təlimdə kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, Budapeşt Konvensiyasında nəzərdə tutulan müddəalar, hüquqi yardım haqqında sorğular, onların nümunələri, formal, qeyri-formal əməkdaşlıq üsulları və digər mövzular ətrafında müzakirələr aparılıb, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilmişdir. Bunlarla yanaşı təlim iştirakçıları kazus üzərində işləyibm, müvafiq məruzələr hazırlayıblar.
İştirak beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş, yekunda iştirakçılar arasında təlim zamanı qazanılmış biliklərin yoxlanılması məqsədilə yazılı sorğu keçirilib, sorğunu uğurla tamamlayanlar sertifikatlarla təltif ediliblər.