9 Aprel 2021 17:47
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

"YAŞAT" Fondu və Qarabağ Dirçəliş Fondu bilavasitə bugünkü reallıqla bağlıdır. Müharibədən sonra qazilərimizin müalicə olunması, ehtiyaclarının qarşılanması üçün YAŞAT Fondu təsis edildi. Qısa müddət ərzində insanlarımız oraya xeyli vəsait köçürdülər.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.

Onun sözlərinə görə, fondların yaradılması xalqın, vətəndaşların birliyi deməkdir: "Müharibənin yaratdığı təzadların aradan qaldırılması üçün ölkə prezidenti İlham Əliyev çox doğru qərar qəbul etdi, YAŞAT Fondunun yaardılması haqda fərman imzaladı. Bu fondun müşahidə şurası, idarə heyəti qazilərdən, şəhid ailələrindən ibarətdir. Bu da çox düzgün addımdır.

Qarabağ Dirçəliş Fondu 30 ildən sonra Qarabağın tam bərpasına bərpasına xidmət edən fonddur. Bu da çox vaxtında və düzgün verilən qərardır".

Rauf Zeyninin fikrincə, Qarabağ Dirçəliş Fondu bütün xalqımızın, dünya azərbaycanlılarının, o cümlədən bizə dəstək vermək arzusunda olan istənilən beynəlxalq miqyaslı şirkətin yardım ayırmasına imkanlar yaradacaq: "Düşünürəm ki, bu fondlara dəstək verməklə həm də Qarabağ qazilərimizə kömək etmiş olarıq. Mənfur düşmən həm insanlara, həm də təbiətə qarşı nə dərəcə böyük vandalizmə yol verib... Nə dərəcədə şərəfsiz və mənəviyyatsız olmalısan ki, təbiəti, tarixi abidələri terror edəsən. Bu, çox böyük faciədir.

Təbii ki, o faciələrin aradan qaldırılması asan məsələ deyil. Dirçəliş fondu bu faciələrin aradan qaldırılması üçün yaradılıb. Hamımız bu istiqamətdə təbliğat aparmalıyıq və bütün dünya azərbaycanlıları prosesə aktiv qoşulmalıdırlar. Bu fondlar Qarabağ yaramızın tam sağalmasında böyük rol oynayacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər