Azərbaycanda Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Qərara əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Bəs 8 və 16 may tarixlərində ictimai nəqliyyat fəaliyyət göstərəcəkmi?
Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 8 və 16 may tarixləri şənbə və bazar günü olmağına baxmayaraq iş günü olduğu üçün ictimai nəqliyyat fəaliyyət göstərəcək.