Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə şair, ədəbiyyatşünas, professor Vüqar Əhməd deyib.
“Üç saat öncə danışdım. Dedi ki, Vüqar yaxşı olacam. Heyf. Özümə gələ bilmirəm. Allah rəhmət eləsin”-deyə, V. Əhməd sosial şəbəkədəki hesabında yazıb.
Qeyd edək ki, B.Əşrəfov bir müddət əvvəl yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və öz evində müalicə alırdı.