Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 331 040 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 317 609 nəfər müalicə olunaraq sağalıb, 4 814 nəfər vəfat edib, aktiv xəstə sayı 8 617 nəfərdir.
Ölkədə son sutka ərzində 10 568, hazırkı dövrədək isə 3 414 614 test aparılıb.