31 May 2021 10:20
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kazanın mərkəzində, Azadlıq meydanında (keçmiş Bolşaya Qruzinskaya küç.) yerləşən bu ev 1895-1919-cu illərdə yerli universitetin professoru A.N.Mirzə Kazımbəyə (1859-1919) məxsus olub. Söhbət məşhur şərqşünasdan deyil, onun qardaşı oğlundan gedir. 1839-cu ildə atasının ölümündən sonra Kazana gələn kiçik qardaş Mirzə Əbdülsəttar burada 1-ci Kazan gimnaziyasında və universitetdə çalışıb. 1855-ci ildə o da xristianlığı və Nikolay adını qəbul edib.

Xaç atası imperator II Aleksandr özü olub. Böyük oğlu Aleksey Nikolayeviç daxili xəstəliklər sahəsində o dövrdə Rusiyanın məşhur həkimlərindən biri kimi tanınıb. Kazan universiteti fakültə terapiyası kafedrasının müdiri, professor, Rusiya vərəmə qarşı mübarizə liqası Kazan şöbəsinin müdiri, "Kazanskiy meditsinskiy jurnal"ın redaktoru və s. olub. Həqiqi mülki müşavir çininə yüksəlib.

Şəkildəki ev 1850-ci illərdə tikilib. İlk sahibi A.N.Bulıqin olub. 1895-ci ildə professor Mirzə Kazımbəy evi ondan satın alıb və böyük ailəsi ilə burada yaşayıb. 1880-ci illərdə isə binanın birinci mərtəbəsində Kazan şahmat klubu yerləşib. Lenin 1888-1889-cu ilin qışında dostu Dmitri Ardaşevlə birlikdə tez-tez bu kluba - Mirzə Kazımbəyin evinə gəlirmiş. Sovet dövründə binaya xatirə lövhəsi də vurulubmuş. ...


Müəllif: Vilayət Quliyev

Oxşar xəbərlər