1 İyul 2021 11:58
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov vəzifəsindən azad edilərək, Qaradağ Rayon Polis İdarəsinin rəisi təyin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsində polis polkovniki İsfəndiyar Mehbalıyev idi. O, ötən ay öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Xatırladaq ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkənidir. (report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər