9 Avqust 2021 10:13
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Samir" və “Qardaşlar” şadlıq saraylarında təşkil olunan toy məclislərində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, adı çəkilən sarayların sahibləri toy mərasimlərində normadan artıq qonağın iştirak etməsinə şərait yaradıblar.

Yol verilən qayda pozuntusu ilə bağlı hər iki obyektin sahibi 4000 manat məbləğində cərimə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər