9 Avqust 2021 18:37
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan texnikaları və canlı qüvvəsi Türkiyədəki yanğın bölgələrinə 1000 ton su boşaldıb.

Teleqraf.com xəbər verir ki, bunu mətbuata açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-polkovnik Etibar Mirzəyev deyib.

O qeyd edib ki, hazırda Türkiyədə baş verən yanğın ərazilərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və bir amfibiya təyyarəsi fəaliyyət göstərir:

"İndiyədək helikopter vasitəsilə 134 uçuş əməliyyatı həyata keçirilib, yanğın bölgələrinə 332 ton su tökülüb. Amfibiya təyyarəsi ilə isə 76 uçuş əməliyyatı həyata keçirilib ki, bununla da yanğın ərazisinə 615 ton su boşaldılıb. Ümümi olaraq Azərbaycan aviasiya texnikaları vasitəsilə yanğın olan ərazilərə 1000 tona yaxın su boşaldılıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər