22 Avqust 2021 14:59
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

Əvvələr digər hava limanlarında bu unikal testin necə aparılması ilə videoçarxda tanış ola bilərsiniz:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər