30 Avqust 2021 14:12
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə səfər edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, K.Heydərov helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub. Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K.Heydərova məlumat verilib.

Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.

K.Heydərov yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri göstərilən ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər