29 Sentyabr 2021 19:17
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyi sisteminin səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi, qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi məqsədilə müvafiq ixtisasa yiyələnmiş və müvafiq sahə üzrə 5 il iş təcrübəsi olan mütəxəssisləri əməkdaşlığa dəvət edir.

AQTİ-dən Teleqraf.com-a verilən məlumaat görə, əməkdaşlıq çərçivəsində uyğun namizədlərlə AQTİ arasında müvafiq müqavilə imzalanacaq və namizədin Türkiyədə təlim, o cümlədən digər xərcləri İnstitut tərəfindən qarşılanacaq.

Bitki sağlamlığı üzrə ehtiyac olan mütəxəssislər:

· Entomoloq

· Fitohelmentoloq

· Herboloq

· Mikoloq

· Molekulyar Bioloq

· Virusoloq

· Mikrobioloq

· Aqrokimyəvi preparatların ekspertizası üzrə mütəxəssis

· Aqronom

Heyvan sağlamlığı üzrə ehtiyac olan mütəxəssislər

· Mikrobioloq

· Molekulyar Bioloq

· Virusoloq

· İxtioloq

· Parazitoloq

· Baytarlıq preparatlarının ekspertizası üzrə mütəxəssis

Qida təhlükəsizliyi üzrə ehtiyac olan mütəxəssislər

· Qida mühəndisi

· Standartlar və sertifikasiya üzrə mütəxəssis

· Risk təhlili üzrə mütəxəssis

Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci il sentyabrın 29-dan noyabrın 1-dək öz şəxsi məlumatlarını [email protected] elektron ünvanına “Əməkdaşlıq” başlığı ilə göndərə bilərlər. Əlavə məlumat almaq istəyən şəxslər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər. Əlaqə nömrəsi: (012) 565-12-82 (530, 532).

Qeyd edək ki, qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, bu sahədə fəaliyyət göstərən əməkdaşların peşəkarlıqlarının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər