Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxsin ABŞ-dan gətirdikləri xeyli miqdarda mobil telefonları gömrük nəzarətindən gizli keçirəcəyi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a DGK-dan məlumat verilib.
Həmin məlumat əsasında Azərbaycan vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı "Mercedes E 240" markalı avtomobili nəzarətə götürülüb.
Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd "iPhone 13 PRO" markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.