Qubada torpaq sürüşməsi Quba-Susay-Xınalıq avtomobil yolunun çökməsi ilə nəticələnib.
Torpaq sürüşməsi yeni çəkilməkdə olan Quba-Xınalıq yolunun Qrız kəndi yaxınlığındakı ərazidə baş verib. Bu ərazidə avtomobillərin hərəkət etməsi mümkün deyil. Vətəndaşlar hansı yoldan istifadə etməlidir?
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qeyd edib.
O bildirib ki, sürüşmə ərazisindən keçən yolda tikinti aparılır.
"Vətəndaşlardan xahiş edirik ki, mövcud Quba-Qəçrəş-Xınalıq yolundan istifadə etsinlər. Çünki digər yol tikinti altında olduğundan təhlükəlidir. Hələ o yolda tikinti işləri davam edir. İnsanların öz təhlükəsizliyi naminə tikintisi yekunlaşmayan yoldan istifadə etməsi məqbul sayılmır", - deyə qurum rəsmisi bildirib.