"Azəriqaz" İstehsalat Birliyinin inzibati binasında kütləvi informasiya vasitələri əməkdaşları təltif olunub.
Teleqraf.com xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev də iştirak edib.
Ruslan Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə jurnalistləri təbrik edib. Birlik rəhbəri daha sonra "Azəriqazı"ın gördüyü işləri geniş ictimaiyyətə çatdıran media nümayəndələrinə təşəkkürünü bildirib.
Tədbirdə “Azəriqaz” İB-nin fəaliyyətinin geniş auditoriyaya çatdırılması, işıqlandırılması istiqamətində gördüyü işlərə görə Teleqraf Media Qrupu ən fəal media qurumu kimi təltif olunub.