İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını döyən tərbiyəçi işdən uzaqlaşdırılıb.
Bunu İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev bildirib.
O qeyd edib ki, tərbiyəçi Zülfiyyə Baxışova həmin uşağın doğma xalasıdır. "Bu gün uşağın psixoloji durumunu yoxlamaq üçün psixoloq məşğul olacaq", - deyə R.Əliyev bildirib.
Qeyd edək ki, hadisə İsmayıllı rayonunun 1 saylı uşaq bağçasında baş verib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bilidirb ki, sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb.
Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.