"Ötən il “Azəriqaz” İstehsalat Birliyi (İB) üzrə yığım göstəriciləri 96 faiz təşkil edib".
Teleqraf.com-un məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyasında deyib.
"Nəzərə alsaq ki, ötən ilin dekabr ayının son sayğac göstəricisi bu il yanvar ayının 15-dən sonra məlum olacaq, bu, pis rəqəm deyil" - deyə Ruslan Əliyev qeyd edib.