11 Mart 2022 12:23
307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-fevral aylarında “Azəriqaz” İstehsalat Birliyində 96,4 % ödəniş səviyyəsi qeydə alınıb.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün Birlikdə media nümayənləri və QHT üzvləri üçün keçirilən “Açıq qapı” aksiyasında deyib.

Onun sözlərinə görə, ötən ay əhali sektoru üzrə 93,5 %, qeyri-əhali sektoru üzrə 99,4 % ödəniş səviyyəsi olub: “Bu, 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ödəniş səviyyəsi 22,8 % çoxdur. Bir illk müqayisədə əhali xətləri üzrə 4,5 %, qeyri-əhali xətləri üzrə 44 % artım qeydə alınıb".

O bildirib ki, bu ilin fevral ayında 103,5 % ödəniş səviyyəsi qeydə alınıb ki, bunun da 92,1 %-i əhali sektoru üzrə, 115 % qeyri-əhali sektoru üzrə qeydə alınıb: "2021-ci ilin fevral ayı ilə müqayisədə cəmi 27,9 % artım olub. İllik müqayisədə əhali sektoru üzrə 2,3 %, qeyri-əhali sektoru üzrə 55,2 % artım olub”.

Ruslan Əliyev əlavə edib ki, bu ilin martın 1-nə “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin sayı 2 milyon 452 min 924-ə çatıb.

Onun sözlərinə görə, bunun 37 min 421-i qeyri-əhali sektoru üzrə, 2 milyon 415 min 503 abonenti isə əhali sektoru üzrə olub.

O bildirib ki, bu ilin yanvar-fevral ayları ərzində 10 min 775 yeni abonent qeydiyyata alınıb: "Bunun 10 min 197 əhali sekto üzrə, 578 abonent isə qeyri-əhali sektoru üzrə qeydiyyata alınıb".

Ruslan Əliyev deyib ki, bu ilin fevral ayı ərzində 4 min 868 yeni abonent qeydiyyata alınıb: "Bunun 4 min 557-i əhali sektoru üzrə, 311 abonent isə qeyri-əhali üzrə qeydə alınıb".

Baş direktor onu da vurğulayıb ki, bu ilin yanvar-fevral ayları ərzində əhali sektoru üzrə qeydiyyatda olan abonentlərin ümumi sayının 80,4 faizi, yəni 1 milyon 941 min 339 abonent təbii qazdan aşağı tariflə istifadə edib.

Onun sözlərinə görə, aşağı tariflə təyin olunmuş limiti aşmış abonentlərin sayı ümumi abonentlərin 19,6 faizini, yəni 474 min 164 abonent təşkil edir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər