1995-ci ildən istifadə edilən internet brauzeri “Internet Explorer 11” iyunun 15-dən bağlanacaq.
Teleqraf.com-un xəbərinə görə, bu barədə ABŞ mərkəzli texnologiya şirkəti “Microsoft” açıqlama verib.
Təxminən 27 ildir istifadə edilən internet brauzerinin bağlanmasına səbəb ləngliyinə görə istifadəçilərin mütəmadi tənqidlərinə məruz qalmasıdır.
“Microsoft” şirkət işçilərinin problem yaşamaması üçün təşkilatlara sonuncu dəfə e-poçt vasitəsilə xəbərdarlıq etməyə başlayıb.