Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 49 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 964, bu günə qədər isə ümumilikdə 6 865 181 test icra olunub.