1 Dekabr 2014 12:27
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aydın Yol” qəzetinin baş redaktoru Fəxri Uğurlu istefa verib.


Teleqraf.com-un xəbərinə görə, bu səbəbdən qəzetin şənbə sayı işıq üzü görməyib.

İstefanın səbəbinə gəlincə, Tərcümə Mərkəzinin rəhbərliyinin qəzetin işinə müdaxilə etdiyi bildirilir. Belə ki, Tərcümə Mərkəzinin rəhbərliyinin baş redaktorun kadrlar seçimindən narazı olduğu və onun qəzetə dəvət etdiyi iki jurnalistlə müqaviləni uzatmaq istəmədyi bildirilir.


Müqaviləsi uzadılmayan jurnalistlər isə Fəxri Uğurlunun işə dəvət etdiyi Zöhrab Əmirxanlı və Tahir Kazımovdur. Tərcümə Mərkəzinin rəhbərliyi onların fəaliyyətindən narazı olub. Onların işdən uzaqlaşdırılmasını qəbul etməyən Fəxri Uğurlu istefa ərizəsi yazıb.

Qeyd edək ki, "Aydin yol" qəzeti Afaq Məsudun rəhbərlik etdiyi Tərcümə Mərkəzinin orqanıdır.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər